525.Az

Qvardiola daha 2 il "Siti"də


 

Qvardiola daha 2 il "Siti"də<b style="color:red"></b>

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti" ispaniyalı baş məşqçi Pep Qvardiola ilə yeni 2 illik müqavilə imzalayıb.

525.az xəbər verir ki, klubun açıqlamasında, ispaniyalı çalışdırıcının mövsümün sonunda başa çatacaq müqaviləsinin 2025-ci ilə qədər uzadıldığı bildirilib. 2016-cı ildə "Mançester Siti"ni təhvil alan 51 yaşlı Qvardiola, İngiltərə komandası ilə keçirdiyi 374 matçda 271 qələbə qazanaraq, 72,4 faizlik qələbə dərəcəsinə çatıb.

Qeyd edək ki, Qvardiola, "Mançester Siti" ilə 11 kubok, o cümlədən son beş Premyer Liqa çempionluğundan dördünü qazanıb.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et