525.Az

Piza qülləsi haqqında maraqlı faktlar - ARAŞDIRMA


 

Piza qülləsi haqqında maraqlı faktlar - <b style="color:red">ARAŞDIRMA</b>

Bonanno Pisanonun memarı olduğu, İtaliyanın şimalındakı Piza şəhərindəki Piazza dei Miracoli (İtaliya Möcüzələr Meydanı) ərazisində yerləşən Piza qülləsi, 1173-cü ildə əsas binadan ayrıca tikilmişdir və 1372-ci tamamlanmışdır.

Qüllə üst-üstə düşən 6 dairəvi sütundan ibarətdir. Hündürlüyü 56 metrdir. Buraya 294 pilləli pilləkənlə çıxılır. Üst zənglərin yerləşdiyi 8-ci mərtəbə isə silindrikdir.

Piza qülləsi tamamlandığı gündən cənuba doğru əyilməyə başlamışdır. Bu, bünövrədə yumşaq qruntun çökməsi ilə əlaqədardır. Günümüzdə, qüllənin təpəsindən cənub istiqamətində asılmış çəllək 4,3 metr aşağı enir. Bununla belə, binanın ağırlıq mərkəzinin proyeksiyası öz bünövrə dairəsi daxilində qaldığı üçün qüllə aşmır. Qüllə ildə millimetrin onda yeddisi qədər əyilir (100 ildə 0,7 sm). Qüllənin hazırkı mailliyi isə 5,5 dərəcədir.

Qüllə, Genuya və Venesiya ilə rəqabət aparan Pizanın gücünün və sərvətinin simvolu kimi tikilmişdir. Qalileonun bu qüllədən aşağıya müxtəlif ağırlıqlı iki top gülləsini ataraq bütün cisimlərin eyni sürətlə və eyni fiziki qanuna tabe olduğunu müşahidə etdiyi iddia edilir. Məlumatın mənbəyi Qalileonun tələbəsi olsa da, bu iddia bir mif kimi qəbul edilir.

Bina 1990-2001-ci illərdə təmir üçün bağlanmışdı. Yerdəki çökmə səbəbiylə dağılmaq üzrə olan İtaliyanın məşhur Piza qülləsi 20 milyon funt-sterlinqlik layihə ilə xilas edilib. Bir neçə ildən sonra sökülməsi xəbərdarlığı edilən qüllə, layihə çərçivəsində aparılan 45 sm hamarlama işləri ilə bərpa edilmişdir.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et