525.Az

İranda milis öldürülüb


 

İranda milis öldürülüb<b style="color:red"></b>

İranın Merivan şəhərində İnqilab Keşikçiləri Ordusunun milis qüvvələrinin (Besiç) 1 üzvü silahlı hücum nəticəsində həyatını itirib.

525.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, Əli Fettahi, Besiç Kürdüstan əyalətinin Merivan şəhərində rejim əleyhdarı qüvvələrin hücumuna məruz qalıb. Fettahinin şəxsiyyəti hələlik müəyyən edilməyən bir şəxs tərəfindən evinin qarşısında güllələndiyi və hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.

Qeyd edək ki, İran mətbuatında əksini tapan xəbərə görə, 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda ölümündən sonra başlayan rejim əleyhinə nümayişlərdə 60-a yaxın təhlükəsizlik işçisi həyatını itirib.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et