525.Az

Bolsonaronun seçkinin nəticələrinə etirazı rədd edilib


 

Bolsonaronun seçkinin nəticələrinə etirazı rədd edilib<b style="color:red"></b>

Braziliyanın seçki məhkəməsi Jair Bolsonaronun ifrat sağçı partiyasının prezident seçkilərinin nəticələrinə qarşı şikayətini rədd edib.

525.az xəbər verir ki, Jair Bolsonaronun partiyası az fərqlə Luiz İnasio Lula da Silvaya uduzub və heç bir sübut olmadan səsvermə maşınlarının ələ keçirildiyini iddia edbi. Məhkəmə şikayətin "pis niyyətlə" edildiyini bildirib və partiyanı 4,3 milyon dollar cərimələyib. Ali Seçki Məhkəməsinin (TSE) sədri Aleksandre de Moraes, partiyanın şikayətinin "demokratik normalara hücum" olduğunu və "cinayətkar və antidemokratik hərəkatları təşviq etmək" məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, Bolsonaro daha əvvəl Braziliyanın elektron səsvermə sisteminin saxtakarlığa qarşı dayanıqlı olmadığını da iddia etmişdi. O, hələ də məğlubiyyətini qəbul etməyib.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et