525.Az

"Meta"dan ABŞ ordusuna saxta hesab ittihamı


 

"Meta"dan ABŞ ordusuna saxta hesab ittihamı<b style="color:red"></b>

Sosial media nəhəngi "Meta" onlarla saxta "Facebook" və "Instagram" hesablarının arxasında ABŞ ordusuna bağlı insanların olduğunu bildirib.

525.az xəbər verir ki,  hesabatda: "Biz 39 "Facebook" hesabını, 16 səhifəni, iki qrupu və "Instagram"da 26 hesabı koordinasiyalı aldatma əleyhinə siyasətimizi pozduqlarına görə sildik", - deyə qeyd edilib. Hesabatda, həmçinin bu şəbəkənin ABŞ-dan qaynaqlandığını və Əfqanıstan, Əlcəzair, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Rusiya, Somali, Suriya, Tacikistan, Özbəkistan və Yəmən kimi bir sıra ölkələri əhatə edtdiyi qeyd edilib.

Məlumata görə, saxta hesabların fəaliyyəti bir çox internet xidmətlərində, o cümlədən "Twitter", "YouTube" və "Telegram"da, həmçinin Rusiyada fəaliyyət göstərən "VKontakte" və "Odnoklassniki"də də baş verib. Pentaqonun sözçüsü Sezar Santyaqo: "Biz hər cür məlumatı nəzərdən keçirir və qiymətləndiririk", - deyib. "Meta" qeyd edib ki, həyata keçirilən əməliyyatda olan şəxslər sosial mediada hədəf alınan ölkələrin yerli insanları kimi paylaşımlar ediblər.

Qeyd edək ki, tədqiqatçılar, "Twitter"də 146 hesabın 300 minə yaxın tvit paylaşdığını bildirib.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et