525.Az

Çində COVID-19 yoluxmalarının sayı rekord həddə çatıb


 

Çində COVID-19 yoluxmalarının sayı rekord həddə çatıb<b style="color:red"></b>

Çində gündəlik COVID-19 hadisələrinin sayının rekord həddə çatdığı açıqlanıb. Ölkədə 31 min 444 nəfərdə Koronavirus aşkarlanıb. Bundan əvvəl ən çox gündəlik yoluxma 29 min 317 nəfərlə aprelin 13-də görülmüşdü.

525.az xəbər verir ki, COVID-19 ilk dəfə 3 il əvvəl Çində meydana çıxsa da 1,4 milyard əhalisi olan ölkədə rəsmi məlumatlara görə, gündəlik yoluxmaların sayı heç vaxt 30 mini keçməmişdi.

Çinin 1,4 milyardlıq böyük əhalisi Qərb ölkələrində görülən yoluxmaların sayı ilə müqayisədə rəqəmlər nisbətən kiçikdir. Lakin Pekinin qəti "sıfır vəziyyət" siyasətinə əsasən, hətta kiçik epidemiyalarda belə bütün şəhərləri  və yoluxmuş xəstələrin ciddi karantin təmasları bağlana bilər. Milli Səhiyyə Bürosu çərşənbə günü, ölkədə 31 min 454 yerli halın qeydə alındığını bildirib. Sıfır koronavirus təzyiqi, epidemiyanın üçüncü ildönümü yaxınlaşdıqca əhalinin böyük hissəsində yorğunluq və qəzəbə səbəb olub.

Bu, şiddətli etirazlar dünyanın ikinci ən böyük iqtisadiyyatında istehsala da zərbə vurub. Pekin, Şanxay, Quançjou və Çonqqinq də daxil olmaqla bir çox şəhər, yoluxmalar artdıqca karantin qaydalarını sərtləşdirib. Pekin səlahiyyətliləri ticarət mərkəzləri, otellər və hökumət binaları kimi ictimai yerlərə daxil olmaq istəyən hər kəs üçün 48 saat ərzində mənfi PCR testinin nəticəsini məcburi edib.

Qeyd edək ki, şəhərin məktəbləri onlayn dərslərə başlayıb.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et