525.Az

Səudiyyə Ərəbistanında güclü yağışlar səbəbindən təhsil və uçuşlar dayandırılıb


 

Səudiyyə Ərəbistanında güclü yağışlar səbəbindən təhsil və uçuşlar dayandırılıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı, şiddətli yağışlar səbəbindən Ciddə şəhərində təhsil və uçuşların dayandırıldığını, Məkkədə bəzi yolların və tunellərin bağlandığını açıqlayıb.

525.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə Təhsil Müdirliyindən verilən açıqlamaya görə, şiddətli yağış zamanı şagirdlərin təhlükəsizliyini qorumaq üçün şəhərdəki bütün məktəblərdə təhsil dayandırılıb. Kral Əbdüləziz Universiteti də yağışlı hava ilə əlaqədar təhsilin dayandırıldığını açıqlayıb. Bundan əlavə, Ciddə Kral Əbdüləziz Beynəlxalq Hava Limanının "Twitter" hesabından hava şəraiti ilə əlaqədar bəzi reyslərin təxirə salındığı bildirilib. Məkkə Əmirliyi Mukarrema da güclü yağış səbəbindən bölgədəki əsas yolu və bəzi tunelləri bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi, ölkənin müxtəlif bölgələrində, o cümlədən Məkkə və Mədinədə güclü yağış və küləklə bağlı xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et