525.Az

Ayətullah Şirazi İŞİD-ə cihad elan etdi


 

Ayətullah Şirazi İŞİD-ə cihad elan etdi<b style="color:red"></b> İranın nüfuzlu din xadimi Ayətullah Məkarim Şirazi İŞİD-ə qarşı cihad fətvası verib.

Lent.az-ın xəbərinə görə, Şirazi fətvada başda müqəddəs məkanlar olmaqla İraqın ərazi bütövlüyünü qorumağın vacib olduğunu bildirib: “İslam və Əhli-beytə könül vermiş hər kəs üçün bu vacibdir. Bu yolda ölən insanlar Həzrəti Hüseyn yolunda ölən Kərbəla şəhidlərinə qovuşacaq”.
 
İŞİD qüvvələrini “təqfirçi terrorçular” adlandıran Ayətullah Məkarim Şirazi terrorçuları və onları dəstəkləyən ərəb ölkələri, ABŞ və İsrailin Suriyada rüsvayçı məğlubiyyətlərini İraqla kompensasiya etməyə çalışdıqlarını da qeyd edib.
 
Daha əvvəl iraqlı din xadimi Ayətullah Əli Sistani də İŞİD-ə qarşı cihad elan etmişdi.
 





24.06.2014    çap et  çap et