525.Az

XİN Kəlbəcərin azad olunmasının ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib


 

XİN Kəlbəcərin azad olunmasının ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərin işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

525.az xəbər verir ki, bu barədə nazirliyin tviterində yazılıb.

“İki il öncə Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qələbələri nəticəsində işğaldan azad olunmuşdur. Hamımız üçün əziz olan bu gündə xalqımızı səmimi qəlbdən təbrik edirik. 25.11.2020 - Kəlbəcər”, - paylaşımda bildirilib.

 





25.11.2022    çap et  çap et