525.Az

Samir Şərifov digər xəstəliklərin tibbi sığorta çərçivəsində qarşılanmasına münasibət bildirib


 

Samir Şərifov digər xəstəliklərin tibbi sığorta çərçivəsində qarşılanmasına münasibət bildirib<b style="color:red"></b>

“İcbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti nazirliklərdə baxılmalıdır”.

525.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hazırda büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzərində iş aparılır, Büdcə Məcəlləsi hazırlanır:

“Büdcədənkənar fondların xərclərinin dövlət büdcəsində daha ətraflı əks etdirməsi üçün növbəti illər addımların atılması nəzərdə tutulur”.

 





25.11.2022    çap et  çap et