525.Az

Anar Kərimov bu il pasportlaşdırılan abidələrin sayını açıqlayıb


 

Anar Kərimov bu il pasportlaşdırılan abidələrin sayını açıqlayıb<b style="color:red"></b>

2022-ci ilin ilk 10 ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub.

525.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bu proseslərin abidələrə kənar müdaxilələrin qarşısının alınması üçün edildiyini diqqətə çatdırıb: "Ötən dövr ərzində abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiyanın şahidi olmuşuq. Məsələn, 2021-ci ildə 154 abidə pasportlaşdırılmış, 107 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub".

 





25.11.2022    çap et  çap et