525.Az

Emin Əmrullayev: "Ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməlidir"


 

Emin Əmrullayev: "Ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməlidir"<b style="color:red"></b>

"4-cü kursda oxuyan, lakin kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin ailələrinin demək olar ki, əksəriyyətinə onların diplomları verilib".

525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, diplom dövlət sənədidir:

"Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib".

Sevinc Qarayeva

 





25.11.2022    çap et  çap et