525.Az

Noyabrın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib


 

Noyabrın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

 

 

Nazirlikdən 525.az-a verilən xəbərə görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Bundan əvvəl, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

 

Beləliklə, bütün sosial təminat növləri üzrə noyabr ayının ödənişləri bu gün yekunlaşıb.

 

 

 

 





25.11.2022    çap et  çap et