525.Az

Çindən Kubaya “daimi dəstək” mesajı


 

Çindən Kubaya “daimi dəstək” mesajı<b style="color:red"></b>

Çin Dövlət Başçısı Si Cinpin beynəlxalq şərtlər nə qədər dəyişsə də ölkəsinin Kubanı dəstəkləməyə davam edəcəyini bildirib. "Çinin sosializm yolunda Kubanı dəstəkləmək əzmi dəyişməyəcək", - Si Cinpin deyib.

525.az xəbər verir ki, Si Cinpin Kuba Prezidenti Migel Diaz-Kanel ilə görüşü zamanı iki ölkə arasında xüsusi dostluq əlaqələrini vurğulayıb. 

Kubanın Qərb yarımkürəsində Çin Xalq Respublikası ilə diplomatik əlaqələr quran ilk ölkə olduğunu və bu illər ərzində iki sosialist ölkəsi arasında mövcud olan həmrəylik və əməkdaşlığın inkişaf etməkdə olan ölkələrin qarşılıqlı yardımı üçün nümunə olduğunu vurğulayan Si: "Beynəlxalq vəziyyət necə dəyişsə də, Çinin Kuba ilə əməkdaşlığı, uzunmüddətli dostluğu dəyişməyəcək. Çinin Kubanı sosializm yolunda dəstəkləmək əzmi hər zaman eyni qalacaq", - deyib. 

Çin Xalq Respublikasının Sədri Kuba ilə beynəlxalq bərabərliyi və ədaləti qorumaq, hegemonluq və güc siyasətinə qarşı çıxmaq üçün çalışacağını vurğulayıb.

Malik Atilay

 





25.11.2022    çap et  çap et