"Twitter"in baş direktoru İlon Mask, "Twitter"in gələn həftə “təsdiqləmə” xidmətini istifadəyə verəcəyini açıqlayıb.
525.az xəbər verir ki, yeni yoxlama sistemində hesab növündən asılı olaraq müxtəlif rəngli nişanlar olacaq.
Sosial media platforması "Twitter" bir müddətdir dondurduğu mavi təsdiq nişanlarının ayda 8 dollara satışını yenidən başlayacaq.
Bundan əlavə, şirkət istifadəçilərə təsdiq edilmiş “qızıl” və “boz” işarələrini də təklif edəcək. "Şirkətlər üçün qızıl, hökumətlər üçün boz, fərdlər üçün mavi nişanlar olacaq, ağrılı, lakin zəruridir", - İlon Mask tvitində bildirib.
Mask bildirib ki, bütün təsdiq edilmiş hesablar aktivləşdirilmədən əvvəl yoxlanılacaq.
Malik Atilay