525.Az

Çində karantində olan mənzildə yanğın - 10 nəfər ölüb


 

Çində karantində olan mənzildə yanğın - <b style="color:red">10 nəfər ölüb</b>

Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçi şəhərində COVID-19 səbəbilə karantində olan mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib. 

525.az xəbər verir ki, Çin dövlət mediasının məlumatına görə, dünən 18:00-da Tiansan şəhərinin mərkəzi rayonunda yaşayış kompleksində yanğın baş verib. 

Binanın 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə, tüstü isə 21-ci mərtəbəyə çatıb. Yanğınsöndürənlər yanğını cəmi 3 saata söndürə bilsələr də tüstüdən 10 nəfər ölüb.

Sosial şəbəkələrdə COVID-19 epidemiyası ilə əlaqədar binanın karantinə alındığı üçün mənzil sakinlərinin içəridə sıxışdırıldığı paylaşılıb. Tədbirlərə görə yanğınsöndürənlərin gec gəlməsi də reaksiyalara səbəb olub.

Qeyd edək ki, rəsmilər ərazinin "az riskli" bir nəzarət zonası olduğunu, mənzildə yaşayanların çölə çıxa biləcəyini iddia etsələr də epidemiyaya nəzarət məlumat bazalarında bölgə hələ də "yüksək riskli" təsvir edilib.

Malik Atilay

 





25.11.2022    çap et  çap et