https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

İran millisindən geri addım: Uels matçında himni müşayiət etdilər

İran millisindən geri addım: Uels matçında himni müşayiət etdilər

İrandakı etirazlar Dünya Çempionatında da öz əksini tapıb. 

525.az xəbər verir ki, İran milli komandasının futbolçuları İngiltərə ilə Dünya Çempionatı matçında dövlət himnini oxumayıblar. Lakin, Uels matçında geri addım atılıb. Futbolçular dövlət himnini müşayiət ediblər. Amma stadionda birdən fit səsləri yüksəlib. İran tərəfdarları etirazlarını dövlət himninin səsləndirilməsi zamanı da davam etdiriblər.

Futbolçuların təzyiq altında olduqları, buna görə də himni müşayiət etdikləri iddia edilib. Komandanın hücumçusu Mehdi Taremi oyunöncəsi mətbuat konfransında Tehrandan dövlət himninin oxunması üçün heç bir təzyiq görmədiklərini açıqlayıb.

Qeyd edək ki, rejim tərəfdarları ilə etirazçılar stadionun ətrafında üz-üzə gəliblər və gərginlik yaşanıb.

Malik Atilay

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.