525.Az

ABŞ Afrika sammitinə 4 ölkəni dəvət etməyib


 

ABŞ Afrika sammitinə 4 ölkəni dəvət etməyib<b style="color:red"></b>

ABŞ gələn ay keçiriləcək ABŞ-Afrika Liderlər Sammitinə 4 ölkəni dəvət etməyib.

525.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Afrika məsələləri üzrə dövlət katibinin köməkçisi Robert Skott, dekabrın 13-də Vaşinqtonda keçiriləcək sammitlə bağlı onlayn mətbuat konfransında Mali, Burkina Faso, Sudan və Qvineyanın sammitə dəvət edilmədiyini açıqlayıb. Skott, sammitə dəvət edilən 50 liderdən 45-nin iştirak edəcəyini təsdiqlədiyini bildirib. İqtisadi forumun da keçiriləcəyi sammitdə siyasi məsələlərin qiymətləndirilməsi ilə yanaşı, ərzaq böhranı, iqlim dəyişikliyi, təhlükəsizlik məsələləri və Ukrayna-Rusiya müharibəsinin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ, 2014-cü ildə keçirilən sammitə Eritreya, Sudan, Zimbabve və Mərkəzi Afrika Respublikasının liderlərini dəvət etməmişdi.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et