525.Az

AP Ukraynaya 18 milyard avro kredit ayrılmasını təsdiqləyib


 

AP Ukraynaya 18 milyard avro kredit ayrılmasını təsdiqləyib<b style="color:red"></b>

Avropa Parlamenti, Avropa İttifaqının Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 2023-cü il üçün 18 milyard avro kredit ayırmasını təsdiqləyib.

525.az xəbər verir ki, Avropa Parlamentinin (AP) Baş Assambleyasında keçirilən səsvermədə təklif 507 deputatın səsi ilə təsdiqlənib. Avropa İttifaqının (Aİ) aylıq 1,5 milyard avroluq hissələrlə verməyi planlaşdırdığı maliyyə paketiylə 2023-cü ildə Ukraynanın ehtiyac duyduğu aylıq 3-4 milyard avro fondunun yarısını qarşılamaq hədəflənir. Maliyyə yardımı ilk növbədə, xəstəxana və məktəblər kimi ictimai xidmətlərin saxlanmasına, köçkünlərə sığınacaq verilməsinə, makroiqtisadi sabitliyin qorunmasına və Ukraynada dağılmış mülki infrastrukturun bərpasına yönəlib. Aİ kreditinin Ukraynaya verilməyə başlaması üçün, dekabrın 6-da üzv ölkələrin formalaşdırdığı Aİ Şurası tərəfindən səs birliyi ilə təsdiqlənməsi lazımdır. Kreditin 2023-cü ilin əvvəlindən veriləcəyi gözlənilir.

Qeyd edək ki, AP-nin verdiyi məlumata görə, 24 fevralda müharibə başlayandan bəri Aİ və ona üzv ölkələr Ukraynaya 19,7 milyard avro yardım edib.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et