525.Az

Ukraynada rus imperatriçəsinin heykəli söküləcək


 

Ukraynada rus imperatriçəsinin heykəli söküləcək<b style="color:red"></b>

Odessada rus imperatriçası Yekaterina heykəli götürüləcək. Odessa Şəhər Bələdiyyəsi heykəlin götürülməsi qərarını dəstəklədiyini açıqlayıb.

525.az xəbər verir ki, Odessa Şəhər Şurası cümə axşamı öz rəsmi Teleqram kanalında "İcraiyyə komitəsinin üzvləri abidənin sökülməsi və onun Odessa təsisçilərinə verilməsi haqqında qərar layihəsini dəstəklədilər" mesajı yerləşdirib.

Qərar noyabrın 30-da şəhər deputatları tərəfindən səsə qoyulacaq, bundan sonra abidə Yekaterininskaya meydanından “İmperatorluq və Sovet keçmişi parkı”na köçürülə bilər.

Odessa meri Gennadi Truxanov bildirib ki, Odessa sakinlərinin əksəriyyətinin hazırda Rusiyanın zülmünün bir simvolu kimi görünən bu abidənin sökülməsinin tərəfdarı olduğunu gördükdən sonra o, özü də şəxsən bu planı dəstəkləyib.

Qeyd edək ki, sorğuda şəhərin bir milyona yaxın əhalisinin yalnız 8000-i iştirak edib.

Fərid Sançar

 





25.11.2022    çap et  çap et