525.Az

Kanadadan Ukraynaya qaz pulu yardımı


 

Kanadadan Ukraynaya qaz pulu yardımı<b style="color:red"></b>

Ukrayna qış üçün yeraltı qaz anbarlarını doldurmaq məqsədilə Kanadadan təxminən 350 milyon dollar aldığını açıqlayıb.

525.az xəbər verir ki, Kanada Ukraynanın dövlət qaz şirkəti "Naftogaz"a 12,7 milyard qrivna (344 milyon ABŞ dolları) köçürüb.

Ukraynanın Baş naziri Denis Şmiqal bu həftə Kiyevin eyni məqsədlə Norveçdən 200 milyon avro aldığını və əvvəlki razılaşmaya uyğun olaraq, əlavə 300 milyon avronun Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilməsini gözlədiyini söyləyib.

Şmiqal, həmçinin “2022-2023-cü illərdə qaz təchizatı üçün dövlət büdcəsinin vəsaitindən istifadə qaydası hökumətin bugünkü iclasında təsdiq edilib”, - deyə qeyd edib.

Qeyd edək ki, maliyyələşdirmə Kanada və Aİ vətəndaşlarının görünməmiş enerji inflyasiyası və minlərlə ailənin enerji xərclərini ödəmək üçün mübarizə apardığı bir vaxtda verilir.

Fərid Sançar

 





25.11.2022    çap et  çap et