525.Az

Gəncədə ekoloji konfrans


 

ELMİ TOPLANTI SƏNAYE VƏ MƏİŞƏT TULLANTILARININ TƏKRAR EMALI MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞDU

Gəncədə ekoloji konfrans<b style="color:red"></b>

Təbiətin çirkləndirilməsi müasir dünyanın harmoniyasını pozan başlıca amildir. Texniki tərəqqinin fantastik səviyyəsinə yiyələnə bilmiş İnsan çox vaxt təbiətin bir parçası olduğuna bigaləlik göstərir, yaradılışın nizamına amansız zərblər vurur. Bu baxımdan ,sənaye-texnoloji və digər fəaliyyətlərin ətraf mühitə vurduğu zərərlərin təsirinin azaldılması, xüsusən də istehsalat proseslərinin tullantılarının təkrar emalı məsələləri son iki əsrin daim diqqətdə saxlanılması vacib olan ən qlobal problemlərindən olaraq qalmaqdadır.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində "Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı" mövzusunda keçirilən iki günlük respublika elmi konfransı da bu məsələlərə həsr olunub.

Konfransa paytaxtın və Gəncənin elm və təhsil müəssüsələrindən onlarla tədqiqatçı qatılıb. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət ediblər.

Konfransın ilk iclasının açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev şəhər rəhbərinin adından konfransın iştirakçılarını salamlayıb və bu elmi toplantının işinə uğurlar arzulayıb.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev giriş nitqi ilə çıxış edərək, konfransın yüksək sənaye potensialına malik olan ölkəmizin ekoloji məsələlərinə töhfə verəcəyinə inandığını bildirib.

Konfransın ilk günü Elmi konfransda Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun icraçı direktoru, professor Vaqif Qurbanov, Qərbi Kaspi Universitetinin Ekologiya kafedrasının müdiri Pərvanə Muradova, Azərbaycan Texnologiya Universitetinin dosenti İnarə Kazımova, Neft və Qaz İnstitutunun şöbə müdiri, dosent Fəxrəddin Kərimov, dosent Mahirə Şərifova, texnika üzrə fəlsəfə doktorları İlahə Cəfərova və Aişə Həsənova çıxış etmişlər.

İki gün ərzində davam edən konfransa NEFT-KİMYA VƏ KİMYA SƏNAYESİ TULLANTILARININ TƏKRAR EMALI, POLİMER MATERİALLARININ EKOLOJİ PROBLEMLƏRİ, POLİMER KOMPOZİSİON MATERİALLAR, AQROSƏNAYE TULLANTILARININ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ VƏ TƏKRAR İSTİFADƏSİ və QİDA VƏ YÜNGÜL SƏNAYESİ TULLANTILARININ EKOLOGİYASI mövzularını əhatə edən beş bölmə üzrə 61 elmi məruzə dinlənilib.

Zakir MURADOV
Gəncə

 





26.11.2022    çap et  çap et