525.Az

"Hələ işimiz bitməyib" - ABŞ millisinin baş məşqçisi


 

"Hələ işimiz bitməyib" - <b style="color:red"> ABŞ millisinin baş məşqçisi</b>

"Hər iki komanda çox çalışdı  və bir-birinə çətinlik yaratdı. Nəticədən razı qaldım. Dünya çempionatında qol buraxmadan oynadığınız bütün matçlar yaxşıdır. Ancaq  qol vurmağımızı istərdim, çünki şanslarımız oldu".

525.az xəbər verir ki, bu sözləri ABŞ millisinin baş məşqçisi Qreqq Berhalter DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda İngiltərə ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edərkən deyib.

O, 1/8 finala yüksəlmək istədiklərini bildirib: "Hələ işimiz bitməyib. Hər şey son turda İranla görüşdə həll olunacaq. Bilirik ki, 5 xal qazansaq, 1/8 finala çıxacağıq. Diqqətimizi bu məqsədə yönəldəcəyik”.

Qeyd edək ki,  2 turdan sonra B qrupunda İngiltərə 4 xalla 1-ci, İran 3 xalla 2-ci, ABŞ 2 xalla 3-cü, Uels 1 xalla sonuncudur. ABŞ 3-cü turda noyabrın 29-u İranla qarşılaşacaq.

 





26.11.2022    çap et  çap et