525.Az

MN: Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb


 

MN: Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb<b style="color:red"></b>

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - qeyd olunub.

 





26.11.2022    çap et  çap et