525.Az

Azərbaycan musiqisinin yəhudi əsilli təbliğatçısı


 

DÜNYACA MƏŞHUR MUSİQİÇİ, KAMANÇA İFAÇISI MARK ELİYAHU

Azərbaycan musiqisinin yəhudi əsilli təbliğatçısı<b style="color:red"></b>

Uliyam Şekspirin sözüdür, o insan ki içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri zülmət gecə kimidir. Musiqi insan ruhunun mayasıdır. Musiqini insana çatdıran, iniltisi ilə ruhunu oyadan və insanın səsinə daha çox yaxın olan ən gözəl musiqi aləti, mənə görə, kamançadır. Muğam ifasında əsas trioya  daxil olan kamança ifaçılarından biri də gənc yaşlarından bir çox ölkələrdə şöhrət qazanmış Mark Eliyahudur.

Yəhudi əsilli Mark Eliyahu 1982-ci il 13 iyulda Dağıstan Respublikasının Mahaçqala şəhərində musiqiçi ailəsində dünyaya göz açır. Tarzən və bəstəkar olan Markınatası 4 yaşı olarkən oğlunu musiqi məktəbində skripka ifaçılığına qoyur. O bundan əlavə, saz çalmağı, şərq və qərb musiqi sənətinin sirlərini öyrənməyə çalışır. Gənc musiqiçi 16 yaşında özünü və könlünün musiqisini axtarmaq üçün dünyanı gəzməyə qərar verir. Hələ 16 yaşında olarkən həyatını dəyişdirəcək o mühüm qərarı verməsəydi, bəlkə də, hazırda təkcə İsrail xalqı üçün saz və ya sadəcə skripka ifaçısı olaraq qalacaqdı. Eliyahunun yeniyetməlik dövründə atdığı cəsarətli addımı ona dünya şöhrətini qazandırır.

1999-cu ildə Mark atası Perets Eliyahunun rejissorluğu ilə Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımov və qızı Fərqanə Qasımova, eləcə də digər sənətçilərin iştirakı ilə birlikdə konsertə qatılır, həmin il İsrail Festivalında "Ramat Gan İsrail Kamera" Orkestri ilə solist kimi çıxış edir. 2004-cü ildə o, ilk solo albomu "Voicesof Judea"nı qeyd edir və ansamblı ilə bütün Avropa və İsraildə çıxışları olur.  Özünün də dediyi kimi, dünyaya səyahət zamanı Azərbaycana gəlməyi düşünür. Musiqiçini buna vadar edən əfsanəvi musiqiçi, Azərbaycanın Xalq artisti Habil Əliyevin kamançada eşitdiyi ifası idi.

Beləliklə, Mark Bakıya köçür və 2 il paytaxtda yaşayaraq Ədalət Vəzirovdan ifaçılıq dərsləri alır: "Bu səsi ilk dəfə eşitdim, amma mənə elə gəldi ki, onu həmişə öz içimdən eşidirəm, sanki öz daxilimin səsidir". Çox təsirlənir və dəqiq qərarını verir ki, kamança onun illər boyu axtardığı və özünü tapmaq istədiyi imusiqi alətidir.

Habil Əliyev Marka öz oğlu kimi yanaşır, hətta öz kamançasını belə ona hədiyyə edir.  Təsəvvür edirsiniz, belə böyük sənətkar naməlum və xarici ölkədən gələn bir gəncə öz musiqi alətini etibar edir.

Bundan sonra o, Azərbaycanda ilk dəfə "Şərqin ruhu" konsertində iştirak edir, Gəncədə və bir neçə dəfə Bakıda konsertləri baş tutur. Mark Eliyahunun ustad Məhəmmədhüseyn Şəhriyarın "Ulduz sayaraq" şeirinə bəstələdiyi "Do you remember (Yadındamı)" mahnısını Əməkdar artist Bəyimxanım Vəliyeva ifa edir.

Mark Eliyahunun ifaları zehni yorğunluğu, yuxusuzluğu aradan qaldıran ən gözəl musiqilərdəndir. Mənim şəxsi qənaətimdir bu. Məsələn, yuxusuzluq zamanı onun "Hope", yol gedərkən "Endelles", kitab oxuyarkən "Open Sky", "Groteful",  "ThroughMe" və s. musiqlərini məmnuniyyətlə seçmək olar.

Onu yeni musiqilər yaratmağa təbiətin, insanların və sevginin ruhlandırdığını söyləyən Mark əsasən şərq musiqisinə müraciət edir. Eliyahunun musiqi sənətində uğur qazanmağında Bakı böyük rol oynayır və sözsüz ki, konsertlərdə Azərbaycanın xalq mahnılarına müraciət etməsinin də başlıca səbəbi budur. Musiqi notlarından formalaşan universal sevgi dili ilə o,  insanların ürəyinə birbaşa yol tapmağı bacarır.

Mark təkcə musiqiçi deyil, o, həm də multikulturalizmin və sülhün simvoludur. Bu da mənim gəldiyim qənaətdir.

Havar ŞƏFİYEVA

 





26.11.2022    çap et  çap et