525.Az

Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayır


 

Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiya paketinə hazırlaşdığını bəyan edərək: "Əminəm ki, tezliklə G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal tavan qiymətini təsdiqləyəcəyik", - deyib.

525.az xəbər verir ki, von der Leyen, Bauhaus tədbiri üçün səfər etdiyi Finlandiyanın paytaxtı Helsinkidə Finlandiyanın Baş naziri Sanna Marin, Estoniyanın Baş naziri Kaja Kallas və İsveç Baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı keçirib. Ukrayna xalqının Rusiyanın hücumları səbəbiylə qışı işıqsız keçirməyə məcbur olduğunu bildirən von der Leyen: "Körpələr, onların valideynləri, nənə və babaları qaranlıqdadır və donurlar. Mən bu vəhşi hücumları qətiyyətlə pisləyirəm. Bunlar müharibə cinayətləridir", - deyib.

Von der Leyen: "Mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiya paketi üzərində tam sürətlə işləyirik. Əminəm ki, çox yaxında biz G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal qiymət tavanını təsdiq edəcəyik", - deyə bildirib.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et