525.Az

İndoneziyaya təcili yardım çağırışı


 

İndoneziyaya təcili yardım çağırışı<b style="color:red"></b>

Dünya Müsəlman Alimlər Birliyi, zəlzələdən sarsılan İndoneziyaya təcili yardım çağırşı edib.

525.az xəbər verir ki, Birliyin baş katibi Əli Karadağı tərəfindən imzalanan bəyanatda, İndoneziya xalqına, prezidentinə və hökumətinə başsağlığı verilib. Birlik müsəlman ölkələrinə təcili, humanitar yardım və İndoneziya üçün xeyriyyə təşkilatlarına çağırış və qardaşlara yardım və xeyirxahlığın şəriət məsuliyyəti olduğunu bəyan edib. İndoneziya Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (BNPB) 21 noyabrda Qərbi Yava əyalətinin Cirancang şəhərində baş verən 5,6 bal gücündə zəlzələdə 271 nəfərin həyatını itirdiyini, 2 mindən çox insanın isə yaralandığını bildirib.

Qeyd edək ki, BNPB-nin məlumatına görə, zəlzələ nəticəsində 22 mindən çox ev dağılıb, 58 mindən çox insan isə didərgin düşüb.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et