525.Az

"Apple"a daha bir zərbə: 20 mindən çox işçi işdən çıxıb


 

"Apple"a daha bir zərbə: 20 mindən çox işçi işdən çıxıb<b style="color:red"></b>

"Apple"ın Çindəki ən böyük tədarükçüsü olan "Foxconn"un fabrikində çalışan 20 mindən çox işçinin işdən çıxarıldığı açıqlanıb.

525.az xəbər verir ki, şirkətin "2317.TW" zavodunda 20 mindən çox işçi cümə günü işlərini tərk edib. Dünyanın ən böyük "iPhone" fabrikindən ixtisarlar və işçilər arasında narazılığı artıran mükafat böhranı Milad bayramları ərəfəsində istehsalı kəsən ciddi COVID-19 məhdudiyyətləri ilə mübarizə aparan Tayvan şirkətinə daha bir zərbə vurub. İşdən çıxarılmaların "iPhone" istehsalını ciddi şəkildə dayandırdığı təxmin edilir. Tayvanın istehsal şirkəti "Foxconn" isə Çinin Hnan əyalətinin mərkəzi şəhəri olan Cingcou şəhərindəki "iPhone" fabrikində işçilərin mükafat ödənişlərinin təxirə salınması ilə bağlı etirazlara görə məsuliyyəti boynuna alıb.

Qeyd edək ki, şirkətdən verilən açıqlamada, yeni işə qəbul edilən işçilərin mükafat ödənişlərinin texniki səhvə görə səhv hesablandığı və işçilərin narahatlığının aradan qaldırılacağı və onların əsaslı tələblərinin yerinə yetiriləcəyi bildirilib.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et