525.Az

ABŞ tarixində ən ölümcül epidemiya: 50,5 milyon quş tələf oldu


 

ABŞ tarixində ən ölümcül epidemiya: 50,5 milyon quş tələf oldu<b style="color:red"></b>

ABŞ Kənd Təsərrüfatı Departamentinin açıqladığı məlumatlara görə, bu il ABŞ-da 50,5 milyon quşun ölümünə səbəb olan quş qripi ölkə tarixində ən ölümcül epidemiya olub.

525.az xəbər verir ki, ABŞ-da toyuq, hinduşka və digər quşların ölümləri 2015-ci ildə quş qripi epidemiyasını üstələyərək, 50,5 milyon quş ölümü ilə yeni rekorda imza atıb. Xəstəliyə yoluxan quşların demək olar ki, hamısı ölürlər. Quş sürülərindəki itkilər yumurta və hinduşka ətinin qiymətlərini rekord həddə çatdırıb. İnflyasiya ilə üzləşən istehlakçılar üçün iqtisadi ağrı daha da şiddətlənib və Şükran Gününü qeyd etmələrini daha bahalı edib.

ABŞ-da fevral ayında başlayan epidemiya 46 ştatda quşçuluq sürülərini və vəhşi quşları yoluxdurub.

Qeyd edək ki, ördək kimi vəhşi quşlar yüksək patogenli quş qripi (HPAI) kimi tanınan virusu nəcisləri, tükləri və ya ev quşları ilə birbaşa təması ilə ötürürlər.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et