525.Az

Krımda hava hücumundan müdafiə sistemi işə salınıb


 

Krımda hava hücumundan müdafiə sistemi işə salınıb<b style="color:red"></b>

Krım yarımadasındakı Armiansk şəhərində hava hücumundan müdafiə sistemi işə salınıb.

525.az xəbər verir ki, Mer Vasili Telizenko "Telegram" kanalında verdiyi açıqlamada, Rusiyanın Krımın şimalındakı Armiansk şəhərində hava hücumundan müdafiə sistemini işə saldığını bildirib. Telizenko: "Xahiş edirəm sakitləşin, hava hücumundan müdafiə sistemi aktivdir", - deyə açıqlama verib. O, şəhərdən kənarda hava hücumundan müdafiə sisteminin işə düşdüyünü və daha əvvəl Armianskda partlayışlar eşidildiyini qeyd edib.

Qeyd edək ki, Telizenko: Bütün xidmətlərə müraciət etdim və hər şey qaydasındadır. Bu vəziyyəti sabitliyi pozan bəzi insanlar var. Armianskdan insanlar təxliyə olunmayıb və biz təxliyə etməyi planlaşdırmırıq", - deyib.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et