525.Az

"Ford" 634 mindən çox avtomobili geri çağırır


 

"Ford" 634 mindən çox avtomobili geri çağırır<b style="color:red"></b>

"Ford Motor Co." çatlamış yanacaq injektorunun yanacağın isti mühərrikə tökülməsi və ya buxar sızması və yanğına səbəb ola bilməsi riski səbəbindən, dünya üzrə 634 mindən çox avtomobilini geri çağırır.

525.az xəbər verir ki, geri çağırma, 2020-ci ildən 2023-cü ilə qədər olan "Bronco Sport" və "Escape"SUV modellərini əhatə edir. Onların hamısında 1,5 litrlik üç silindrli mühərrik var. Avtomobil istehsalçısı cümə axşamı, yanğınların nadir hallarda baş verdiyini və adətən mühərrik söndürüldükdə baş vermədiyini bildirib. Avtomobil sahiblərinə avtomobili sürməyi dayandırmaq tövsiyə edilməyib. Lakin "Ford", 20 yanğın xəbəri aldığını açıqlayıb.

Qeyd edək ki, şirkət həmçinin bildirib ki, mühərriklər söndürüldükdən 5 dəqiqədən az bir müddət sonra, müşahidə edilən dörd yanğın hadisəsi olub.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et