525.Az

Sürücüsüz avtobuslar fəaliyyətə başlayıb


 

Sürücüsüz avtobuslar fəaliyyətə başlayıb<b style="color:red"></b>

Cənubi Koreyanın paytaxtı Seulda avtomobil istehsalçısı Hyundai tərəfindən hazırlanmış sürücüsüz avtobuslar yollara çıxıb.

525.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Conqno-qu rayonunda sürücüsüz avtobuslar fəaliyyətə başlayıb. 

Avtobuslar Sewoon Mall və Cheonggye Plaza arasında təxminən 3 kilometr məsafədə işləyir. “Hyundai” şirkətinin istehsal etdiyi avtobusların kameralar və lazer şüaları sayəsində müəyyən olunmuş istiqamətdə hərəkət edə bildiyi qeyd edilib. 

Qeyd edək ki, vətəndaşlar rezervasiya etməklə avtobuslara pulsuz minə bilirlər. Digər tərəfdən, müvəqqəti təhlükəsizlik tədbirləri çərçivəsində avtobusların qısa məsafələr üçün istifadə edildiyi və gələcəkdə məsafələrin uzadılacağı bildirilib.

Malik Atilay

 





26.11.2022    çap et  çap et