525.Az

Tokioda inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb


 

Tokioda inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb<b style="color:red"></b>

Tokioda istehlak qiymətləri indeksi (CPI) enerji xərcləri və zəif Yapon yeninin təsiri ilə noyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb.

525.az xəbər verir ki, dəyişən təzə ərzaq məhsulları istisna olmaqla, Yaponiyanın paytaxtı Tokioda inflyasiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatlarına görə 15 aydır ki, artmaqdadır. Enerji xərcləri və zəif Yapon yeni, Tokionun CPI-nin noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artmasına səbəb olub. İstehlak vergisi artımlarının təsirini nəzərə almasaq, bu nisbət 1982-ci ildən bəri Tokio bölgəsində inflyasiyanın ən yüksək artımı olaraq qeyd edilib. 2022-ci ilin noyabr ayı üçün açıqlanan məlumatlara görə, Tokioda ərzaq qiymətləri 6,7 faiz, enerji qiymətləri isə 24,4 faiz artıb.

Qeyd edək ki, inflyasiyanın artmasının əsas səbəbləri, enerji xərclərinin artması və valyuta məzənnələri qarşısında yapon yeninin böyük dəyər itirməsidir.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et