525.Az

Braziliyada polisin keçirdiyi əməliyyatlarda 10 nəfər ölüb


 

Braziliyada polisin keçirdiyi əməliyyatlarda 10 nəfər ölüb<b style="color:red"></b>

Braziliyanın gecəqondu məhəllələrində narkotik qaçaqmalçılarına və cinayət təşkilatlarına qarşı polisin həyata keçirdiyi əməliyyatlarda 10 nəfər ölüb, 2-si polis olmaqla 10 nəfər isə yaralanıb.

525.az xəbər verir ki, Braziliyanın rəsmi xəbər agentliyi "Agencia Brasil"də yer alan xəbərə görə, təhlükəsizlik qüvvələri ölkənin Rio de Janeyro əyalətinin Mare, Morro do Juramento və Niteroi bölgələrində “Favelas” adlı gecəqondularda cinayətkar təşkilatlara qarşı əməliyyat keçirib. 

Hərbi Polisdən verilən açıqlamada Mare əməliyyatında 1 nəfərin öldüyü, 1-i polis olmaqla 4 nəfərin yaralandığı, 3 tona yaxın həşiş, iki əl qumbarası, avtomat tüfəng və silahların ələ keçirildiyi bildirilib. 

Morro do Juramentoda narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatda asayiş keşikçilərinin atəşə tutulması nəticəsində qarşıdurma baş verib, 6 nəfər ölüb, bir polis yaralanıb. 

Niteroyda patrul xidməti aparan polisin atəş açması nəticəsində baş verən qarşıdurmada 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı açıqlanıb. 

Braziliyada silahlı münaqişələri izləyən "Fogo Cruzado"nun məlumatına görə, 2017-ci ildən bəri Rio-de-Janeyroda polisin keçirdiyi 250 əməliyyatda 1000-dən çox insan həlak olub. Bir çox insan haqları təşkilatı təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda mümkün polis pozuntularının araşdırılması üçün araşdırma tələb edir.

Malik Atilay

 





26.11.2022    çap et  çap et