525.Az

Küveytdə ilk vəba hadisəsi


 

Küveytdə ilk vəba hadisəsi<b style="color:red"></b>

Küveytdə xaricdən qayıdan şəxsdə ilk dəfə vəba xəstəliyinin aşkarlandığı açıqlanıb. 

525.az xəbər verir ki, Əl-Kabes qəzetinin xəbərinə görə, Səhiyyə Nazirliyi ölkədə ilk dəfə görülən vəba hadisəsi ilə bağlı yazılı açıqlama verib. 

Açıqlamada qonşu ölkələrdən birindən vəba epidemiyası ilə qayıdan bir küveytlidə vəba xəstəliyinin aşkarlandığı bildirilib. Vəba xəstəsi olan şəxsin getdiyi ölkənin adı verilməyən açıqlamada sözügedən küveytlinin xəstəxanada karantinə alındığı və müalicəsinə başladığı bildirilib. 

Bəyanatda, həmçinin vəba epidemiyasının olduğu ölkələrə səfər edəcək şəxslərə xəbərdarlıq edilib və qayıtdıqdan sonra 7 gün ərzində yüksək hərarət və ishal kimi şübhəli simptomlar göstərənlərin ən yaxın sağlamlıq mərkəzinə müraciət etmələri vurğulanıb. 

Qeyd edək ki, oktyabrın 25-də “Əl-Assembly” qəzetində çıxan xəbərə görə, Küveyt vəba epidemiyası ilə üzləşən İraq, Livan və Suriyadan ölkəyə daxil olan sərnişinlərin özləri ilə qida daşımasını qadağan etmək qərarına gəlib.

Malik Atilay

 





26.11.2022    çap et  çap et