525.Az

Levandovski dünya çempionatlarında ilk qolunu vurub


 

Levandovski dünya çempionatlarında ilk qolunu vurub<b style="color:red"></b>

Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.

525.az-ın məlumatına görə, 34 yaşlı hücumçu buna Qətərdə təşkil edilən mundialda nail olub.

Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya "Barselona"sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib. 82-ci dəqiqədə fərqlənən Levandovski oyunda hələlik sonuncu - ikinci qolun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və hesab avroplalıların xeyrinədir - 2:0.

 





26.11.2022    çap et  çap et