525.Az

Kərkükdə leysan - 2 uşaq həyatını itirib


 

Kərkükdə leysan - <b style="color:red">2 uşaq həyatını itirib</b>

İraqın Kərkük şəhərində gecə saatlarından başlayan aramsız yağış səbəbindən sular altında qalan evdə iki uşağın həyatını itirdiyi açıqlanıb. 

525.az xəbər verir ki, Kərkük Sağlamlıq Müdirliyindən verilən yazılı açıqlamada, aramsız yağan yağışın Kərkükün Altunkörpü nahiyəsinə bağlı Hasar kəndinə təsir etdiyi qeyd edilib. 

Açıqlamada Hasar kəndində bir evin su altında qaldığı, eyni ailədən 2 uşağın həyatını itirdiyi bildirilib. Qeyd edilib ki, Kərkük Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının müdaxiləsi ilə ailənin digər üzvləri xilas edilib, iki uşağın cəsədi məhkəmə tibb müəssisəsinə gətirilib və sabah dəfn olunacaq. 

Qeyd edək ki, Kərkük Meteorologiya Müdirliyindən verilən yazılı açıqlamada gecə saatlarından başlayan yağıntının proqnozlaşdırıldığı, lakin intensivliyinin proqnozlaşdırıla bilmədiyi bildirilib.

Malik Atilay

 





26.11.2022    çap et  çap et