525.Az

Merkel Rusiya-Ukrayna müharibəsini dəyərləndirib


 

Merkel Rusiya-Ukrayna müharibəsini dəyərləndirib<b style="color:red"></b>

Almaniyanın sabiq kansleri Angela Merkel, 2021-ci ildə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəndə, ​​səlahiyyət müddətinin bitəcəyi məlum olduğu üçün gücünün azaldığını və Putin bunu bildiyi üçün "Siyasi baxımdan bitmisiniz"mesajını verdiyini bildirib.

525.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel, "Der Spiegel" jurnalında dərc olunan müsahibəsində Rusiya-Ukrayna müharibəsini dəyərləndirib. Merkel, müsahibəsində o vaxt Ukrayna ilə bağlı Rusiya ilə dialoqa cəhd etdiyini, lakin Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təkbaşına buraxıldığını bildirərək: "Mən gedəndən sonra daha dinc bir dövr olmasını arzulayıram, çünki Ukrayna məsələsi ilə çox məşğul olmuşam. Amma sürpriz olmadı. Minsk razılaşması pozuldu. 2021-ci ilin yayında mən prezidentlər Bayden və Putinlə görüşdüm. Makronla birlikdə, Putinlə Avropa Şurasında müstəqil Avropa müzakirə formatının yaradılmasını istədim. Bəzi insanlar buna etiraz etdilər. Artıq özümü müdafiə etməyə gücüm yox idi, çünki hamı mənim missiyamım payızda bitəcəyini bilirdi", - deyib.

2021-ci ilin avqustunda Moskvada Putinlə görüşü ilə bağlı Merkel: "Eyni şey mənim Moskvaya vida səfərim zamanı da baş verdi, Putin orada "Siyasi işiniz bitdi" mesajını verdi. Putin üçün vacib olan yeganə şey gücdür. O, son səfərdə Lavrovu da özü ilə gətirmişdi, normalda danışıqlarımız baş-başa olurdu",  - ifadələrini işlədib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra yenidən mürəkkəb bir dünya ilə qarşı-qarşıya olduğumuzu deyən Merkel, barışıq mədəniyyətinin ortadan qalxmasına baxmayaraq, xüsusilə xarici siyasətdə keçilməz sərhədlərin çəkilməməsi lazım olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et