525.Az

"Tesla"da böhran davam edir: daha 80 min avtomobil geri çağırılıb


 

"Tesla"da böhran davam edir: daha 80 min avtomobil geri çağırılıb<b style="color:red"></b>

Çin bazar tənzimləyicisi, "Tesla Inc"in 2013-cü ildən bəri istehsal edilmiş 80 mindən çox Çin istehsalı və idxal edilmiş avtomobili proqram təminatı və təhlükəsizlik kəməri problemlərinə görə geri çağırıdığını bildirib.

525.az xəbər verir ki, ABŞ-da yerləşən elektrik avtomobil istehsalçısı, 25 sentyabr 2013-cü il və 21 noyabr 2020-ci il tarixləri arasında Çinə idxal edilən 67 min 698 "Model S" və "Model X" avtomobilini akkumulyatorun idarəetmə sisteminə təsir edən proqram problemləri səbəbindən geri çağırıb. "Tesla" geri çağırılan avtomobillərin proqram təminatını təkmilləşdirəcəyini bildirib.

"Tesla", həmçinin 2019-cu ilin yanvar-noyabr ayları arasında istehsal edilmiş 2 min 73 "Model 3" avtomobilini və 14 oktyabr 2019-cu il və 26 sentyabr 2022-ci il tarixləri arasında istehsal edilmiş 10 min 127 Çin istehsalı olan eyni modelli, aprel ayında isə, yarımkeçirici komponentlərdə toqquşmalara səbəb ola biləcək nasazlıqları əsas gətirərək, Çində cəmi 127 min 785 "Model 3" avtomobilini geri çağırmışdı.

Qeyd edək ki bu, şirkət bu yaxınlarda ABŞ-da 321 min avtomobili, arxa işığın potensial nasazlığına görə geri çağırıb.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et