525.Az

Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib


 

Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib.

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda deyilir.

 





26.11.2022    çap et  çap et