525.Az

Blinken Malayziyanın Baş naziri seçilən İbrahimi təbrik edib


 

Blinken Malayziyanın Baş naziri seçilən İbrahimi təbrik edib<b style="color:red"></b>

ABŞ-ın xarici işlər naziri Antoni Blinken Malayziyanın Baş naziri seçilən Ənvər İbrahimi təbrik edib.

525.az xəbər verir ki, Blinken verdiyi yazılı açıqlamada: "Mən ABŞ adından Malayziya xalqını milli seçkilər və Ənvər İbrahimi Baş nazir seçilməsi münasibətilə təbrik edirəm. Bir çoxu ilk dəfə olmaqla milyonlarla malayziyalı səs verdi və 15-ci ümumi seçkini demokratiyanın gücünün nümayişinə çevirdi", - ifadələrinə yer verib. ABŞ və Malayziyanın sıx iqtisadi, şəxsiyyətlərarası və təhlükəsizlik əlaqələrinə əsaslanan güclü əlaqələrə malik olduğunu vurğulayan Blinken: "Biz ümumi demokratik prinsiplərə, insan hüquqlarına və qanunun aliliyinə hörmət əsasında dostluğumuzun və əməkdaşlığımızın dərinləşməsini səbirsizliklə gözləyirik", - deyib.

Qeyd edək ki, Malayziyada 15-ci ümumi seçkini başa vuran Ümid İttifaqı (PH) lideri Ənver İbrahim, Malayziya Kralı Sultan Abdullah Şah qarşısında vəzifə və məxfilik andı içərək vəzifəsinə rəsmi olaraq başlayıb.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et