525.Az

Putin MKİ-Rusiya kəşfiyyatı görüşünü müzakirə edib


 

Putin MKİ-Rusiya kəşfiyyatı görüşünü müzakirə edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin, MKİ və Rusiya Xarici Kəşfiyyat Xidməti arasında Ankarada keçirilmiş görüşlə bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə aparıb.

525.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib. İclasdan əvvəl mətbuat konfransında çıxış edən Putin, Rusiya nümayəndə heyətlərinin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatındakı işlərinin nəticələrini müzakirə edəcəklərini bildirib. Putin: "Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin, ABŞ-lı tərəfdaşı ilə Ankarada görüşünün necə keçdiyini də müzakirə edəcəyik", - deyib.

Qeyd edək ki, noyabrın 14-də Ankarada Milli Kəşfiyyat Təşkilatının (MİT) ev sahibliyi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns ilə SVR direktoru Sergey Nariskin arasında görüş keçirilmişdi.

Məhəmməd Tağıyev

 





26.11.2022    çap et  çap et