525.Az

İmran Xan partiyasının əyalət məclislərindən istefa verdiyini açıqlayıb


 

İmran Xan partiyasının əyalət məclislərindən istefa verdiyini açıqlayıb<b style="color:red"></b>

Pakistanda keçmiş Baş nazir İmran Xan, partiyasının mövcud siyasi nizamın bir parçası olmayacağını bəyan edərək: "Bütün əyalət məclislərindən istefa verməyə və bu korrupsioner sistemdən çıxmağa qərar verdik", - deyib.

525.az xəbər verir ki, Pakistanda keçmiş Baş nazir İmran Xan noyabrın 3-də hücuma məruz qaldıqdan sonra ilk dəfə Ravalpindinin Rəhmanabad rayonunda minlərlə tərəfdarı qarşısında çıxış edib. Güllə keçirməz şüşədən danışan Xan indiki siyasi nizamın bir parçası olmayacağını bildirərək: "Biz bütün əyalət qanunverici orqanlarından istefa verməyə və bu korrupsioner sistemi tərk etməyə qərar verdik", - ifadələrini işlədib.

Xan İslamabada girə biləcəklərini, lakin hər hansı bir xaos və dağıntıya səbəb olmamaq üçün paytaxta getməyi dayandırdıqlarını izah edərək, tezliklə ştatın Baş nazirləri və partiya liderləri ilə görüşəcəklərini və istefalarını nə vaxt elan edəcəklərinə qərar verəcəklərini əlavə edib.

Məhəmməd Tağıyev

 





27.11.2022    çap et  çap et