525.Az

Ukrayna Rusiya ordusunun xeyli itki verdiyini açıqlayıb


 

Ukrayna Rusiya ordusunun xeyli itki verdiyini açıqlayıb<b style="color:red"></b>

Son sutka ərzində Ukrayna hərbçiləri Zaporojye vilayətinə effektiv zərbələr endirib.

525.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 27-də səhər saatlarına olan xülasəsində bildirilir.

Məlumata görə, Noyabrın 25-də Zaporojye vilayətinin Melitopol, Pologi və Mixaylovka yaşayış məntəqələri yaxınlığında Rusiya ordusu ciddi məğlubiyyətə məruz qalıb.

"Rusiya ordusunda 100-dən çox insan yaralanıb, 10-a yaxın müxtəlif təyinatlı hərbi texnika və 2 sursat anbarı məhv edilib", - Baş Qərargahdan bildiriblər.

 





27.11.2022    çap et  çap et