525.Az

Venesuela Prezidenti müxalifətlə saziş imzalayıb


 

Venesuela Prezidenti müxalifətlə saziş imzalayıb<b style="color:red"></b>

Venesuela Prezidenti Nikolas Maduro Meksikada müxalifətlə dialoq danışıqlarının bərpasının ölkəsi üçün “yeni səhifə açdığını” açıqlayıb. 

525.az xəbər verir ki, müxalifətlə imzalanan qismən razılaşmanı "Twitter" hesabında paylaşan Maduro: “Mənim sədrlik etdiyim Bolivar Hökuməti ilə müxalifətin formalaşdırdığı Unitar Platforma arasında danışıqlar prosesinin yenidən başlaması yeni bir səhifə açdı. Bu müqavilə venesuelalıların sülhü və rifahı üçündür”, - deyib. 

Meksikanın paytaxtı Mexiko şəhərindəki Sofitel otelində hökumət və müxalifət nümayəndələri xarici işlər naziri Marselo Ebrard və Norveçin vasitəçi nümayəndəsi Dag Nylander qarşısında qismən razılaşma imzalayıblar. 

Bildirilib ki, razılaşma ilə tərəflər yoxsullar üçün səhiyyə, qida və təhsil proqramlarının maliyyələşdirilməsi üçün BMT tərəfindən idarə olunan fondun yaradılması barədə razılığa gəliblər.

Qeyd edək ki, sazişi Maduro, müxalifət lideri Xuan Quaydo və ABŞ tərəfinin nümayəndələri imzalayıb.

Malik Atilay

 





27.11.2022    çap et  çap et