525.Az

Nigeriyada daha 60 gənc qadın oğurlanıb


 

Nigeriyada daha 60 gənc qadın oğurlanıb<b style="color:red"></b> Nigeriyanın şimal-şərqində daha 60 gənc qadın və qız oğurlanıb.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yerli KİV bildirib ki, onların “Boko Haram” terrorçu qruplaşması tərəfindən qaçırıldığı ehtimal edilir.
 
Mənbənin məlumatına əsasən, yerli hakimiyyət məmurları və sakinlər ehtiyat etdiklərindən oğurlananlarla bağlı dəqiq rəqəmi müəyyənləşdirmək mümkün deyil.
 
Silahlılar Borno əyalətinə silahlı basqın edən zaman qızlar və gənc qadınlar oğurlanıb.
 
Cari ilin aprelində bu ştatın Çibok şəhərindən 200-dən çox məktəbli qaçırılmışdı.
 





25.06.2014    çap et  çap et