525.Az

Lavrovun Minskə səfəri təxirə salınıb


 

Lavrovun Minskə səfəri təxirə salınıb<b style="color:red"></b>

Rusiya xarici işlər naziri Sergey Lavrovun 27-28 noyabr tarixlərində Belarus paytaxtı Minskə planlaşdırılan işgüzar səfəri təxirə salınıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Lavrovun Minskə səfərinin Belarus XİN başçısı Vladimir Makeyin ölümü ilə əlaqədar təxirə salındığı bildirilib.

Qeyd edək ki, Vladimir Makey noyabrın 26-da qəflətən vəfat edib.

 





27.11.2022    çap et  çap et