525.Az

Səudiyyədə qadınlara təyyarəçi olmaq sürücü olmaqdan asanmış


 

Səudiyyədə qadınlara təyyarəçi olmaq sürücü olmaqdan asanmış<b style="color:red"></b> Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi Yasmin Məhəmməd əl-Mayamniyə peşəkar təyyarəçi vəsiqəsi verib.
 
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, krallıqda bu vəsiqəni alan ikinci qadındır. Bu sənədlə ona kommersiya uçuşu etməyə icazə verilir.
 
Y.əl-Maymani 2010-cu ildə İordaniyada təyyarəçilik kursunu bitirib. Bundan sonra o, Səudiyyə Ərəbistanına qayıdıb. Orada Y.əl-Maymani ABŞ uçuş akademiyalarından birinin rəsmi təmsilçisi olub. İşə götürənlər mülki aviasiyada pilotlara təlim keçmək üçün ona təqaüd veriblər.
 
Yasmin krallığın hava şirkətində işə götürüləcəyinə ümid edir.
 
Mənbə xatırladıb ki, Səudiyyə Ərəbistanında təyyarəçi vəsiqəsi alan ilk qadın Xanadi Zəkəriyyə əl-Hindidir. Bu sənəd ona bir neçə ay öncə verilib.
 
Qeyd edək ki, təyyarəçi olmağa icazə verilən Səudiyyədə qadınlara avtomobil sürmək yasaqdır. Krallıq dünyada qadınlara sürücülük vəsiqəsi verilməyən tək dövlətdir.
 





25.06.2014    çap et  çap et