525.Az

"SpaceX" kosmosa 4 ton yük göndərib


 

"SpaceX" kosmosa 4 ton yük göndərib<b style="color:red"></b>

ABŞ kosmik gəmisi və raket istehsalçısı "SpaceX"ə aid olan Dragon kapsulu təxminən 4 ton qida və eksperimental materialla Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

525.az xəbər verir ki, uçuş ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından "Falcon 9" raketi ilə baş tutub. Hər şey yaxşı olarsa, "Dragon" kapsulu daşıdığı təxminən 4 ton qida və sınaq materialı ilə Beynəlxalq Kosmik Stansiyada "Harmony" modulu ilə birləşəcək. Kosmik stansiyada olan astronavtlar isə lyukları açıb "Dragon" kosmik gəmisinin təzyiqli bölməsində yüklərin boşaldılmasına başlayacaqlar.

Qeyd edək ki, kapsulda kosmik stansiyada olan astronavtlar üçün qida təchizatı ilə yanaşı, sıfır çəkisi şəraitində tərəvəz yetişdirilməsinin sınaqdan keçirilməsi üçün kiçik qırmızı Robin pomidor sortunun toxumları da var.

Məhəmməd Tağıyev

 





27.11.2022    çap et  çap et