525.Az

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB-6


 

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib - <b style="color:red">YENİLƏNİB-6</b>

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

525.az-ın məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

525.az-ın məlumatına görə, görüşdə hesab bərabərləşib.

Qarşılaşmanın 83-cü dəqiqəsində Fullkruq Almaniyanın cavab qolunu vurub. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

525.az-ın məlumatına görə, görüşdə hesab açılıb. 

Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirən qola imza atıb. 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

525.az-ın məlumatına görə, görüşün ikinci hissəsi başlayıb.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

525.az-ın məlumatına görə, görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

525.az-ın məlumatına görə, görüş saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

525.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Almaniya: Neuer - Kehrer, Süle, Rüdiger, Raum - Kimmich, Goretzka - Musiala, Gündogan, Gnabry - Müller

İspaniya: U. Simon - Carvajal, Rodri, Laporte, Alba - Gavi, Busquets, Pedri - Asensio, Olmo, Ferran

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 





28.11.2022    çap et  çap et